İspaniya Türkiyədən 45 ədəd HÜRJET alacaq 30-10-2025, 07:54 İspaniya hökuməti Türkiyənin ilk milli reaktiv təlim və yüngül hücum təyyarəsi olan HÜRJET-in alınmasına razılıq verib.Bu barədə "TRT Haber" məlumat yayıb.Bildirilib ki, İspaniyanın Türkiyədən 45 ədəd HÜRJET təyyarəsi alması ilə bağlı qərar Nazirlər Şurasının iclasında qəbul edilib.Müqavilənin dəyəri 3 milyard 120 milyon avro təşkil edir və anlaşmanın icrasına 2029-2030-cu illərdə başlanılacağı gözlənilir.Ümumilikdə, müqavilə 30 noyabr 2035-ci ilədək qüvvədə olacaq və uzadılma imkanı nəzərdə tutulmur. Facebook-da paylaş