Bakı ilə bağlı xəbərə Türkiyədə qəribə reaksiya - Son anda nə baş verdi?

Dünən, 17:46           
Bakı ilə bağlı xəbərə Türkiyədə qəribə reaksiya - Son anda nə baş verdi?
Avropalı ravvinlərin Bakıda keçirilməsi nəzərdə tutulan konfransı təhlükəsizlik səbəbindən təxirə salınıb. “The Jerusalem Post”un iddiasına əsasən, İran mənşəli təhlükə siqnalları və regiondakı gərgin vəziyyət tədbirin ləğvinə təsir göstərib.

Maraqlıdır ki, bu konfransın məhz Bakıda keçirilməsi planı xüsusilə Türkiyədə böyük rezonans doğurmuş, həmçinin dünyada maraqla qarşılanmışdı.

Ravvinlərin görüşü üçün niyə məhz Bakı seçildi? Son zamanlarda bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycanda bu toplantının məhz təhlükəsizlik səbəbindən ləğvi nə dərəcədə həqiqətə uyğundur?

Globalinfo.az-a danışan siyasi şərhçi Turab Rzayev bildirib ki, tədbirin təxirə salınmasında İsrail tərəfinin müraciəti və mövqeyi xüsusi rol oynayıb:

“Çünki rəsmi Təl-Əviv bütün dünyada yəhudilərin təhlükəsizliyinin təmin olunmasına çalışır. Xüsusilə dini qurumlar, sinaqoqlar və ravvinlərin təhlükəsizliyi prioritet təşkil edir.

Xaricə səfər edən yəhudi iş adamları, diplomatlar və din xadimləri hər zaman xüsusi mühafizə altında olur. Ona görə də mümkündür ki, Bakıda baş tutması gözlənilən görüşlə bağlı ehtiyatlı davranıblar. Nəticə olaraq tədbir həqiqətən də təhlükəsizlik səbəbindən təxirə salınıb”.

Politoloq qey edib ki, Azərbaycan və İsrail əslində bu təhlükəsizliyi təmin edə biləcək ölkələrdir:

“Lakin görünür, İsrail ehtimalları nəzərə alaraq daha təhlükəsiz məkan təyin edib. Məsələ ondadır ki, Qəzzadakı humanitar böhrandan sonra dünyada antisemitizm və antisionizm dalğası yüksəlib. Lakin tədbirin ləğvində Azərbaycanın da maraqlı olması mümkündür.

Rəsmi Bakı Təl-Əvivə qarşı formalaşa biləcək ictimai rəyi yaxşı bilir. Bunun əleyhinə meyillərin yaranmaması, eləcə də müsəlman-türk ölkələrinin reaksiyalarını nəzərə almaq zərurəti yarana bilər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]