Özbəkistan ABŞ vətəndaşları üçün vizasız rejim tətbiq edəcək

4-11-2025, 16:34           
Özbəkistan ABŞ vətəndaşları üçün vizasız rejim tətbiq edəcək
Özbəkistan 2026-cı il yanvarın 1-dən ABŞ vətəndaşları üçün vizasız rejim tətbiq edəcək.

"Report"un yerli KİV-ə istinadən verdiyi məlumata görə, Özbəkistan prezidenti Şavkat Mirziyoyev turizmlə bağlı müvafiq fərman imzalayıb.

Sənədə əsasən, ABŞ vətəndaşları ölkəyə daxil olduqları tarixdən etibarən Özbəkistanda 30 günə qədər vizasız qala biləcəklər.

Bəyanatda bildirilib ki, bu addım ikitərəfli münasibətlərin gücləndirilməsinə, turist mübadiləsinin stimullaşdırılmasına və ölkənin açıq və qonaqpərvər səyahət məkanı kimi beynəlxalq imicinin inkişaf etdirilməsinə yönəlib.

Daha əvvəl Mirziyoyevin ABŞ prezidenti Donald Trampla gələn həftə Vaşinqtonda görüşəcəyi bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru