Türkiyədə daş karxanası çöküb - Ölən var - YENİLƏNİB

6-11-2025, 11:18           
Türkiyədə daş karxanası çöküb - Ölən var - YENİLƏNİB
Türkiyənin Ordu vilayətinin Fatsa rayonunda yerləşən daş karxanasında çökmə baş verib. Hadisə zamanı torpaq altında qalan iki işçidən biri cansız halda çıxarılıb. Digər işçini tapmaq üçün axtarış-xilasetmə işləri davam edir.

Milli.Az xəbər verir ki, rayon valisi karxananın rayon mərkəzindən 7 kilometr uzaqda olduğunu qeyd edərək deyib:

"Gündəlik işlər çərçivəsində saat 12:00 radələrində partlayış aparılıb. Saat 16:30-dan sonra isə yuxarı səthdən torpaq kütləsinin sürüşməsi baş verib. Hal-hazırda torpaq altında bir yük maşını və bir iş maşını, həmçinin onların sürücüləri var."

Vali bildirib ki, digər işçi - yük maşını sürücüsünün tapılması üçün işlər davam etdirilir, lakin prosesi çətinləşdirən təhlükəli torpaq hərəkəti mövcuddur:

"Operatorun cansız bədənini çıxardıq. Yak maşını sürücüsünə çatmaq üçün işlər davam edir, lakin sahə çox risklidir. Torpaq kütləsi hərəkətlidir və burada çalışan 4 ekskavator və xilasetmə qrupları üçün təhlükə yaradır. Risk vəziyyətini qiymətləndirib işlərin davam etdirilib-etdirilməyəcəyinə qərar veriləcək."












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru