Kartına səhvən 120 min manat köçən professor: Bankdan reaksiya olmadı, gündəlik faizə qoydum...

7-11-2025, 16:14           
Kartına səhvən 120 min manat köçən professor:
Eskişehir Osmangazi Universitetinin müəllimi, professor Behçet Yalın Özkara bankın səhvən onun hesabına köçürdüyü 2 milyon 313 min 962 lirəni (təxminən 120 min manat) geri qaytarıb.
TEREF Milli.Az-a istinadla xəbər verir ki, bank səhvi uzun müddət bilməyib, professor özü pulu qaytarmaq üçün bankla əlaqə saxlayıb.
Özkara əvvəlcə vəziyyətin düzəlməsini gözləyib, amma bankdan heç bir reaksiya olmadıqda pulu gündəlik faizə qoyub. Qazandığı faiz gəlirini də banka qaytaracağını söyləyib.
Bank əməkdaşları professorun xəbərdarlığından sonra hesabı bloklayıb və pulu geri alıb.
Sosial mediada böyük maraq doğuran hadisə ilə bağlı Özkara deyib:
"Bunu dürüstlük nümayişi kimi böyütmək istəmirəm, amma mənim olmayan pulu saxlamaq vicdanıma sığmazdı. Pul rahatlıq gətirə bilər, amma xoşbəxtlik deyil."












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru