Ağ Evdə üçtərəfli danışıqlar: Qazaxıstan "İbrahim sazişi"nə qoşuldu - "Kazinform"

7-11-2025, 08:48           
Ağ Evdə üçtərəfli danışıqlar:
ABŞ Prezidenti Donald Tramp, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və İsrailin Baş naziri Benyamin Netanyahu arasında Ağ Evin Ovala kabinetində birgə telefon danışığı keçirilib.

Teleqraf "Kazinform"a istinadla xəbər verir ki, danışıqların əsas mövzusu Qazaxıstanın "İbrahim sazişi"nə qoşulmaq niyyəti olub.

Qazaxıstan Prezidenti qeyd edib ki, Donald Trampın səyləri nəticəsində Yaxın Şərqdə sabit sülhün bərqərar olması üçün real zəmin yaranıb.

“ABŞ Prezidenti bir çoxlarına mümkünsüz görünən nəticələrə nail olaraq, bölgədə dayanıqlı sülhün əsasını qoyub,” - Tokayev vurğulayıb.

Rəsmi məlumatda bildirilir ki, Qazaxıstanın "İbrahim sazişi"nə qoşulmaq qərarı ölkənin heç bir dövlətlə ikitərəfli münasibətlərinə təsir etmir və bu addım “sülhə və təhlükəsizliyə yönəlmiş çoxşaxəli diplomatiyanın təbii davamıdır”.

Prezident Donald Tramp Qazaxıstanın bu qərarını yüksək qiymətləndirib və bu addımın digər ölkələr üçün də nümunə olacağını deyib.

“Bu, dünyada körpülər qurmaq istiqamətində mühüm addımdır. Getdikcə daha çox ölkə mənim "İbrahim sazişi" vasitəsilə sülh və firavanlıq yolunu seçməyə hazırdır,” - Tramp bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru