Qazaxıstan hava taksilərini işə salmaq üçün 300 milyonluq elektrik təyyarələri alacaq
8-11-2025, 12:24
Qazaxıstan yeni Alatau şəhərində hava taksi sistemi qurmaq üçün təxminən 300 milyon dollar dəyərində eVTOL elektrik təyyarələri alacaq. Bu barədə ölkənin Qazaxıstan Rəqəmsal İnkişaf Nazirliyinin mətbuat xidməti məlumat verib.
"Bu tədbir Alatau şəhərinin inkişaf etmiş gələcək texnologiyalarına malik unikal bir şəhər kimi inkişafına təsir edəcək", deyə nazirlik bildirib.
eVTOL təyyarələri şaquli olaraq eniş edə və havaya qalxa bilərlər. Bu imkandan şəhərdaxili sərnişin daşınması üçün istifadə edilməsi nəzərdə tutulur. Qazaxıstan nazirliyi bu cür təyyarələrin təchizatı üçün Amerika şirkəti "Joby Aviation" ilə müqavilə imzalayıb.
Qeyd edək ki, Alatau 2024-cü ildə bir neçə yaşayış yerinin birləşdirilməsi ilə Almatı bölgəsində yaradılan yeni bir şəhərdir.