Türkiyədə 8000 illik mədəniyyət abidəsi aşkar edildi

8-11-2025, 09:26           
Türkiyədə 8000 illik mədəniyyət abidəsi aşkar edildi
Türkiyədə arxeoloqlar təxminən 8 000 il yaşı olduğu təxmin edilən qədim qayaüstü rəsmlər aşkar ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə "Arkeonews" məlumat yayıb.

Məlumata görə, rəsmlər Kayseri şəhərində tapılıb.

Kayseri Muzeyləri İdarəsi, həmçinin yerli Mədəniyyət və Turizm İdarəsinin mütəxəssislərindən ibarət tədqiqat qrupu Erciyes dağının cənub ətəyində vulkanik qayalara həkk olunmuş petroqlifləri sənədləşdiriblər.

İlkin araşdırmalar göstərir ki, rəsmlər təxminən eramızdan əvvəl VI minilliyə aid olan son Neolit dövrünə aiddir. Bu dövr Hett İmperiyasının və ya Tunc dövrü Anadolusunu formalaşdıran Assuriya ticarət koloniyalarının yüksəlişindən çox əvvəl təsvir olunub.

Arxeoloqların fikrincə, istər heyvanları, istər insanları, istərsə də mücərrəd motivləri təsvir edən hər bir oyma yazılı ünsiyyətdən minilliklər əvvəl mövcud olan simvolik şüuru əks etdirir.

Tədqiqatçılar hesab edirlər ki, bu yer bir vaxtlar dini və ya sosial əhəmiyyətə malik olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru