ETE ELI (HATAY, TÜRKIYE) TÜRKÜNÜN YERLƏ-GÖYLƏ ƏLLƏŞƏN ZƏKA SAHİBİ OLDUĞUNU İSBAT EDƏN ƏN QƏDİM MONUMENTAL ABİDƏ
24-11-2025, 10:04

Tədqiqatım bir daha öz təsdiqini tapır. Bu dəfə doğma TÜRKİYƏ torpağında:
Dünya alimlərini heyrətə gətirən aşağıdakı monumental abidə bu yaxınlarda Şanlıurfanın şərqində, məşhur Göbekli Təpə ərazisində aşkar edilib. Bu ərazi, uzun müddətdir ki, Etruskların Apennin yarımadasına köç etməzdən əvvəl vətəni olmuş ETE ELI kimi müəyyən etdiyim ərazidir.
Abidədəki yazı görünsün deyə, sonradan çəkdiyim ağ və qırmızı dairələrin arasındakı ideal dairəvi sahədə qabardılıb. Orijinal formasında sağdan sola (ağ xətdəki oxlar səmtində) belə oxunur:
SEZ VS KIÇİLİR IL GECK CEİR UNULF
Yazılmamış ("itgin düşmüş"- düz mötərizədəki) saitlərlə birgə bərpa etdikdə:
ÇAİR -
SEZ : V[A]S[I] KİÇİLİR, İL GEC[İ]K[İR], CAYIR Y[U]NUL[U]F (YONULUB).
Tərcümədən qabaq kiçik sözlük:
VASI - genişlik, açıqlıq, ənginlik; CAİR - ÇAYIR-ÇƏMƏNLİK.
SEZ (MÜŞAHİDƏ ET, İZLƏ) — VASİ (GENİŞLİK, ƏNGİNLİK) KİÇİLİR.
İL GECİKİR.
ÇAYIR (ÇƏMƏNLİKLƏR YONULUB; ÇAYIR-ÇƏMƏNLİYİN TORPAĞI ÇIXIB).
Yəni mal-qaranın dırnaqları ilə aşınmış və quraqlıqdan daha da quruyub məhv olmadadır.
ETE TÜRKÜ qədim vətənində yaratdığı bu möhtəşəm abidənin mərkəzində çadar-cadar olmuş KÜRƏ verir.
U YER KÜRƏSİNİN çox böyük dəqiqliklə təsviridir.
Əslində abidə elmi həssaslıqla dizayn edilmişdir. Onun mesajı hətta keçən il Bakıda, bu il Braziliyada keçirilən İqlim Böhranı konfranslarının mövzusu ilə də səsləşir. Eyni xəbərdarlıqlar minilliklər boyu əks-səda verir: otlaqların ərazicə kiçilməsi, meşələrin yox olması (Amazon meşələrinin yox olması təhlükəsi tez-tez qabardılır), tarlaların solması, yağışın olmaması (Aralın, Urmiyanın quruması, indi də Xəzərin daralması) və qida çatışmazlığı təhlükəsi.
Bəşəriyyət 12.000 il əvvəl də, bu gün olduğu kimi, məhz bu təhlükələrlə üzləşib. Hətta indi də bir çox müsəlman və Afrika bölgələrində ailələr yalnız bir neçə keçi və ya qoyun sayəsində yaşayır və bu, bu qədim daşın üzərində həkk olunmuş insanın təbiətə həm vurduğu zərəri, həm qayğısını xatırladır.
HERODOT "QURAQLIĞI", "ACLIĞI", "XƏSTƏLİYİ" ETE TÜRKLƏRİNİN (O, TİRREN (TURAN- T.A.) ADLANDIRIR) APENNİNƏ MİQRASİYASININ SƏBƏBLƏRİNDƏN BİRİ KİMİ TƏQDİM EDİR TARİXƏ.
Çat atmış YER fəryad edir:
Dünyanın suya, suya ehtiyacı var!
Yer kürəsinin mərkəzi təsvirinin altında dörd bürcün oymaları yerləşdirilib:
• QIZ BÜRCÜ (VİRGO)
• BALIQ BÜRCÜ (FİSH)
• XƏRÇƏNG BÜRCÜ (CANCER)
• DOLÇA BÜRCÜ (AQUARİUS)
Qədim kosmologiyada bunların hər biri Yerə göndərilən yağış və səmavi sularla əlaqələndirilir. Qədim dövr TÜRKÜ parlaq zəkası ilə Yerlə-Göylə əlləşirdi.
***
Unutmamalıyıq ki, yunanlar bu torpaqlara yalnız 2800-3000 il əvvəl Balkanlardan gəliblər. Onlar qədim adət-ənənələrimizi, o cümlədən İLİADA və ODİSSEYA kimi dastanlarımızı öz mürəkkəb dillərinə tərcümə edib özəlləşdiriblər.
Lakin onlardan 7000-10.000 il əvvəllər ETE və BABİL TÜRKLƏRİ artıq bəşəriyyəti heyrətləndirən kəşflər etmişdilər.
_____________________________________
ABİDƏDƏN GÖRÜNDÜYÜ KİMİ, BABİLDƏ OLDUĞU TƏKİ, ETEDƏ DƏ YER KÜRƏSİNİ VƏ ONUN GÖYLƏRLƏ BAĞLILIĞINI ÖYRƏNƏN, ELMİ YOLLA TƏDQİQ EDƏN AYRI-AYRI ALİMLƏR, LABORATORİYALAR, MƏRKƏZLƏR, OBSERVATORİYALAR MÖVCUD OLUBLAR.
AVROPA ALİMLƏRİ BÜTÜN BUNLARI ƏFSANƏVİ "ANUNNAKİ ALLAHLARI" ADLANDIRIB, İŞİN DƏ, ULULULARIMIZIN DA TARİXİ ƏHƏMİYYƏTİNİ İTİRİRLƏR.
Tariyel Azerturk
TEREF

