Xorvatiyada təyyarə qəzasında həlak olan türkiyəli pilotla bağlı qəribə fakt üzə çıxıb
14-11-2025, 16:24
Türkiyənin Baş Meşəçilik İdarəsinə məxsus yanğınsöndürmə təyyarəsinin Xorvatiyada qəzaya uğraması nəticəsində həlak olan pilot Hasan Baharın daha əvvəl Muğla vilayətinin Yatağan rayonunda baş verən təyyarə qəzasında xəsarət aldığı məlum olub.
Bu barədə "TRT Haber" telekanalı xəbər verir.
Məlumata görə, o, təxminən iki ay yarım əvvəl Muğlada baş verən meşə yanğınlarını söndürməyə çalışarkən idarə etdiyi təyyarə qəzaya uğrayıb və o, müxtəlif xəsarətlərlə qəzadan sağ qurtulub.
Xatırladaq ki, texniki xidmətin göstərilməsi məqsədilə Xorvatiyaya göndərilən iki ədəd yanğınsöndürmə təyyarəsindən biri olan AT802 tipli təyyarə Serj şəhəri yaxınlığında qəzaya uğrayıb.