Axıska türklərinin sürgünü

15-11-2025, 15:14           
Axıska türklərinin sürgünü
Unutmadıq, unutmamalıyıq!
14 noyabr 1944-cü ildə Kreml tərəfindən təhdid olaraq görülən Ahıska türkləri öz vətənləri olan hazırda Gürcüstanın Məshəti bölgəsi sayılan ərazidən çıxarılmış və əsas Özbəkistan olmaq etibarilə Qazaxıstan, Azərbaycan və Qırğızıstana məcburi köç etdirilmişlər. Qeyd edim ki, 45 il öz özbək qardaş və bacılarının yanında yaşayan axıska türklərinə qarşı 1989-cu ildə KQB tərəfindən hazırlanmış ssenari əsasında dəhşətli qətliam törədilmişdir. Tarixə Fərqanə faciəsi kimi daxil olan bu qətliam 300-dən çox axıskalının vəhşicəsinə öldürülməsi, 100 mindən şox insanın Özbəkistan torpaqlarından zorla təkrar köç etdirilməsi ilə nəticələndi. Ahıska Türklərinin faciəsini, bu faciəyə səbəb olan Kremlin tarix ərzində anti-türk siyasətini unutmadıq, unutmayacağıq!
P. S Zaman zaman Ahiska Türklərinin problemlərini öz verilişlərimizdə işıqlandırmağı biz də öz milli vəzifə bilmişik və bilməkdəyik!
Rüfət Muradlı
TEREF














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru