İsrail səfiri: Türkiyəyə F-35 qırıcılarının satışına qarşıyıq

17-11-2025, 09:24           
İsrail səfiri: Türkiyəyə F-35 qırıcılarının satışına qarşıyıq
İsrail təhlükəsizlik baxımından ABŞ-nin Türkiyəyə F-35 qırıcıları satmasına qarşıdır.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin ABŞ-dakı səfiri Yahel Leiter “The Jerusalem Post” qəzetinə müsahibəsində bildirib.

Leiter Ankaranın indiki mərhələdə ən son təyyarələrin Türkiyəyə satılmasını konstruktiv addım saymır.

O, Türkiyənin əhəmiyyətli hərbi potensiala və əsas coğrafi mövqeyə malik NATO üzvü kimi strateji əhəmiyyətini etiraf edib: "İsrail Vaşinqtonun Ankara ilə möhkəm əlaqələr saxlamaq istəyini başa düşür. ABŞ İsrailin təhlükəsizlik ehtiyaclarını nəzərə almaqla praqmatik əlaqələr qurmağa çalışır. İsrail türk qoşunlarının Qəzzada və ya Suriyada mövcudluğuna razı ola bilməz. ABŞ bizim bu mövqeyimizə hörmət edir".

Leiter həmçinin ABŞ və Səudiyyə Ərəbistanı arasında mümkün silah müqavilələri ilə bağlı narahatlıqları rədd edərək qeyd edib ki, İsrail bu halda hərbi üstünlüyünün təhlükə altına düşə biləcəyinə dair heç bir əlamət görmür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru