Ərdoğan: "Qara qutu araşdırılır, təyyarənin niyə qəzaya uğradığını şəffaf şəkildə paylaşacağıq"

18-11-2025, 12:24           
Ərdoğan: "Qara qutu araşdırılır, təyyarənin niyə qəzaya uğradığını şəffaf şəkildə paylaşacağıq"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi Nazirlər Kabinetinin iclasında daxili və xarici siyasət gündəmindəki vacib məsələlər müzakirə olunub.

Sherg.az xəbər verir ki, toplantıdan sonra çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan, Gürcüstan səmasında 20 türk əsgərin şəhid olduğu qəzaya dair açıqlama verib:

"Komandamızın topladığı məlumatlar və qara qutunun araşdırılması nəticəsində 20 canımızı itirdiyimiz bu faciənin niyə baş verdiyini daha aydın şəkildə görə biləcəyik. Bu məlumatları, öncə şəhid yaxınlarımız olmaqla, ictimaiyyətlə şəffaf şəkildə paylaşacağıq."

Rəcəb Tayyib Ərdoğan daha sonra bildirib:

- Hər hadisə göstərir ki, Türkiyə sərhədlərindən kənarda da böyük nüfuza malikdir. Bunu Zəfər Bayramından qayıdarkən, Azərbaycan-Gürcüstan sərhədinə yaxın ərazidə qəzaya uğrayan hərbi karqo təyyarəmiz sonrası bir daha gördük. Qardaş ölkələr, o cümlədən Gürcüstan və Azərbaycan faciənin ilk anından etibarən bütün imkanlarını səfərbər etdi, axtarış-xilasetmə qruplarının çatdırılması və hadisə yerinin təhlükəsizliyinin təminində tam əməkdaşlıq göstərdi.

Qara qutu və şəhidlərimizin cəsədlərinə qısa müddətdə çatdıq. Cümə günü onları əbədi istirahətgahlarına yola salmaq üçün ölkəmizə gətirdik. Nazirliklərimizin, millət vəkillərinin, sivil və hərbi nümayəndələrin iştirakı ilə şəhidlərimizə son borcumuzu verdik. Bir daha qəhrəman əsgərlərimizi hörmətlə yad edir, hər birinə Allahdan rəhmət diləyirik.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru