İstanbulda hoteldə görünməyən təhlükə: Bir ailənin dörd üzvünün ölümü ilə bağlı şok versiya
18-11-2025, 09:47
Noyabrın 9-da Almaniyadan İstanbula gələn və Fatihdəki hoteldə qalan Böcek ailəsinin faciəli ölümü bütün Türkiyəni sarsıdıb. Ana və iki azyaşlı uşağın ölümü ilə nəticələnən hadisədən sonra günlərlə reanimasiyada həyat uğrunda mübarizə aparan ata Servet Böcek də noyabrın 17-də vəfat edib.
Oxu.Az "A Haber"ə istinadən xəbər verir ki, ilkin araşdırmalara əsasən, ailə üzvlərinin alüminium fosfid tərkibli maddə ilə zəhərləndiyi ehtimal olunur. İstintaq həmin zəhərli maddənin hotelin dezinfeksiya işləri zamanı vanna otağındakı ventilyasiya dəliyindən otağa sızdığını güman edir.
Hadisə ilə bağlı məsuliyyət daşıdığı iddia edilən dörd nəfər saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib.