"Bayraktar Kızılelma" dünyada ilkə imza atdı

20-11-2025, 10:24           
"Bayraktar Kızılelma" dünyada ilkə imza atdı
Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi olan "Bayraktar Kızılelma" daha bir test mərhələsini uğurla tamamlayıb.

TEREF İHA-ya istinadən xəbər verir ki, "Gökdoğan" hava-hava tipli raketlə uçuş həyata keçirən təyyarə növbəti dəfə tarixi nailiyyət əldə edib.

Belə ki, "Baykar" Uçuş Təlimi və Test Mərkəzinin bölmə rəhbəri Halil Akarın sözlərinə görə, uğurlu sınaqlardan sonra "Kızılelma" dünyada hava hədəflərini vura bilən ilk pilotsuz döyüş təyyarəsi statusunu qazanıb.

Qeyd edək ki, yüksək manevr qabiliyyəti ilə seçilən "Gökdoğan" hava-hava raket sistemi 65 kilometrdən çox məsafədəki hədəflərə zərbə endirməyə imkan verir. Raket yüksəktexnologiyalı aktiv radar axtarıcısı ilə təchiz olunub və zərbə anında böyük dağıdıcı gücə malik parçalanan döyüş başlığına malikdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru