Türkiyə 600-dən çox rusu dənizin ortasında saxlayır – Gərginlik

21-11-2025, 08:14           
Türkiyə 600-dən çox rusu dənizin ortasında saxlayır – Gərginlik
Türkiyə sahillərində 600-dən çox rusiyalı turist “Astoria Grande” gəmisində gözləyir.

Referansaz.az xəbər verir ki, bu barədə “Mash” Teleqram kanalı məlumat yayıb.

İlkin məlumata görə, yüzlərlə rusiyalının olduğu gəmini limana buraxmırlar. İddiaya görə, bunun Soçidə Türkiyənin “Seabridge” bərəsinin üç sutka gözləməsinə baxmayaraq limana buraxılmamasına cavab olduğu bildirilir.

Layner 19 noyabr gecəsi İstanbulun Qalataport limanına çatmalı və səhər saat 10-da sərnişinlərin enişinə başlamalı idi. Lakin icazə verilmədiyi üçün gəmi hələ də gözləyir.

“Astoria Grande” Rusiyanın ilk beynəlxalq kruiz layneridir və Türkiyə, İsrail, İtaliya və Maltaya səfərlər edir. Gəmi 1328 sərnişin tutur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru