Şeyx Heydər qarşısına Azərbaycanı birləşdirmək məqsədini qoyduğu halda, İsmayılın müridləri..
22-11-2025, 12:44

Qızılbaş dövlətinin türk elləri, oymaqları əvvəl Qaraqoyunlu və Ağqoyunluların, sonra isə Səfəvilərin əsas hərbi-siyasi dayağı olmuşlar. Bu türk tayfaları haqqında İ.D.Mikluxo-Maklay yazır:
"Qızılbaş adını alan tayfalar dil və soyca Qaraqoyunlu və Ağqoyunlu dövlətini yaradan Azərabycan tayfaları ilə qohum idilər. XV əsrdən başlayaraq tədricən Azərbaycan və İranın böyük hissəsinə sahib oldular».
O, sözünə davam edərək yazır ki, Səfəvilər hələ Şeyx Səfiəddin (1252-1334) dövründən həmin türkdilli tayfalar arasında özlərinə müridlər toplayıb gələcəkdə hakimiyyəti ələ almaq üçün çalışmış və yalnız İsmayıl öz sələfələrinin arzusunu yerinə yetirmişdi.
Bir fərqlə ki, Səfəvilərdən Şeyx Heydər (1447-1460) qarşısına təkcə Azərbaycanı birləşdirmək məqsədini qoyduğu halda, İsmayılın qızğın mürid və tərəfdarlarının məqsədləri daha böyük olmuşdur. Azərbaycanı (1501) birləşdirdikdən sonra məsləkdaşlarının böyük şiə dövləti yaratmaq istəyi ilə hesablaşıb bir çox ölkələri də tutdular."
O. Əfəndiyevin yazdığı kimi, Əlvənd Mirzənin üzərində qələbə İsmayılı Azərbaycanın hökmdarı etdisə, Muradın qoşunlarının qızılbaşlar tərəfindən darmadağın edilməsi isə Farsın və İraqi-Əcəmin bir hissəsinin qızılbaşların əlinə keçməsinə gətirib çıxarmışdır.
Zabil Bayramlı, "Azərbaycan Səfəvi dövlətinin quruluşu və idarə olunmasında türk qızılbaş əyanlarının rolu" kitabından.
Milli Kimlik
TEREF

