ROMANIN ETRUSK VƏ YA PELASQ MƏNŞƏLİ HÖKMDARLARI VƏ YA ROMANIN ƏSASIN QOYUB ONU İDARƏ EDƏN TÜRKLƏR
3-12-2025, 16:54

2-ci yazı
ROMANIN ETRUSK VƏ YA PELASQ TÜRKÜ OLMAYAN NÖVBƏTİ ÇARLARI
II NUMA POMPİLİUS
Romada Vestal Bakirələrinin kultunu və Pontifex Maksimus vəzifəsini quran ədalətli, dindar bir kral idi. Onun hakimiyyəti sülhlə xarakterizə olunurdu. Mənşəcə Roma yaxımlığında dağlı qəbiləsi olmuş Sabin mənşəlidir.
III TULLUS HOSTİLİUS
Roma tanrılarına az hörmət edirdi və tamamilə hərbə diqqət yetirirdi. O, Roma Senatının evi olan Kuria Hostilia-nı tikdi.
IV Ankus Marcius dinc şəkildə hökmranlıq edirdi və yalnız Roma ərazilərinin müdafiəyə ehtiyacı olduqda müharibələr aparırdı.
IV ANKUS MARCİUS (640 – 617), latın mənşəli idi. İkinci hökmdar Numa Pompilusun nəvəsi olub. Dinc şəkildə hökmranlıq edirdi və yalnız Roma ərazilərinin müdafiəyə ehtiyacı olduqda müharibələr aparırdı.
YENƏ DƏ TÜRKLƏR
V LUCİUS TARQUİNİUS PRİSKUS
Servius Tullius Romanın altıncı kralı və Etrusk sülaləsindən ikinci çar idi. O, eramızdan əvvəl 578-535-ci illərdə hökmranlıq etmişdir. Yunanıstanda doğulmasa da, atası Demaratus Yunanıstanın Korinf şəhərindən qaçaraq Etruriyada məskunlaşmış yunan zadəganı idi. Böyük Tarkin, yunan irsi ona Etruriyada siyasi vəzifə tutmağa mane olduğu üçün Tarkiniyadan Romaya köçdü.
Mümkündür ki, Yunanıstandan, daha doğrusu, Herdodotun dediyi Birinci Pelasaqiyadan Etruriyaya qaçmış Pelasq türkü olub. Atasının yunanlaşmış, latınlaşmış adı da əslində türkcə səslənir: Damar/atı. Bəlkə də etrusk türkləri obasına Yunanıstandan gəlmiş Pelasq olduğundan onu qabağa buraxmırmışlar.
Roma və Yunan mənbələri onun kölə mənşəyini və sonradan eramızdan əvvəl 579-cu ildə sui-qəsd nəticəsində öldürülən Romanın ilk Etrusk kralı Lusius Tarquinius Priskusun qızı ilə evliliyini təsvir edirlər. Onun taxta çıxmasının konstitusiya əsası aydın deyil; müxtəlif mənbələrdə Senat tərəfindən seçilmədən, ancaq xalq və kral dəstəyi ilə taxt-taca sahib olan, Roma çarı kimi təsvir olunur.
Senat üzvlərinin sayını 100-dən 200-ə qədər artırdı və Yupiter Optimus Maksimus Məbədi və Sirk Maksimus da daxil olmaqla böyük tikinti işlərinə başladı.
Servius Tullius ilk pomeriumu - Romanın Yeddi Təpəsini tamamilə əhatə edən divarları tikdi. O, həmçinin Roma ordusunda təşkilati dəyişikliklər etdi və vətəndaş siniflərini daha da inkişaf etdirərək romalılar üçün yeni bir konstitusiya yazdı.
O, mədəni və əsl barbarlardan müdafiə olunduğu, eləcə də min ildən çox müddət ərzində Romanı qoruyan Servius Divarlarını tikdiyi üçün həqiqətən tarixə qəhrəman təki düşən yeganə hökmdardır.
VI ROMA ÇARI "R. ROM SERVİUS TULİUS"
Hökmranlıq illəri eradan əvvəl təqribən 578 – 535-ci illərə təsadüf edir. O, gələcək Roma Respublikasının yaranmasına təkan vermis güclü siyasi və ordu quruculuğundakı reformaları ilə tarixə düşüb.
"Servius Tullius" Etrusk və çox güman Pelasq türkləri sülaləsindən idi. Rəvayətə görə, o, əvvəlki kral Lusius Tarquinius Prisk tərəfindən övladlığa götürülmüş bir kölənin oğlu olub. Apardığı genişməkanlı islahatlara görə Romanın "ikinci banisi" ləqəbini qazanıb. Sonda yeznəsi Tarqvini Superbus və qızı Tuliya tərəfindən öldürülüb. Onun həyat yoldaşı peyğəmbər görüşlü Tanaquil idi.
TANAQUIL TARQUINI – (DƏNƏGÜL TARKVİNİ)
Nağıl edirlər ki, Tarkvinidə - etrusklar arasında yaşayan illərində Tuliusa ölkənin siyasi işlərinə qarışmağa qadağa qoymuşlarmış. Bunu görən arvadı Dənəgül (Gül dənəsi yəqin ki) ona Romaya köçməyi məsləhət görür. Deyir iki at qoşulmuş qazalaxda (faeton) yol gedərkən göydən bir qartal enib, kişinin başından papağını götürüb göyə qaldırır. Bir azdan quş papağı qaytarıb qazalağın içinə atır. (Yəqin yeməli olmadığına görə !). İrəlini oxuya bilən, uzaqgörən Tənəgül sevinir və ərinə deyir :
“Xidoya, sən özün kömək ol ! Bu, xoşbəxtliyə işarədir və qabaqda bizi əzəmətli günlər gözləyir”.
Və Tənəgülün dedikləri baş tutur. Əri Roma çarı təyin edilir.
VII L. TARQUİNİ SUPERBUS
25 il taxtda oturub. 496-da ölüb. Lusius Tarquinius Superbus`un hakimiyyəti zorakılıq və hədə-qorxu tətbiq etməsi, eləcə də Roma adətlərinə və Roma Senatına hörmətsizliyi ilə yadda qalır. O, sonda devrildi və beləliklə, Roma Respublikasının qurulmasına səbəb oldu.
Beləliklə Romanın idarə olunmasında mühüm rol oynayan Etrusk və ya Pelasq türk mənşəli çarlığına son qoyuldu.
Lakin ROMULDAN başlayan hökmranlıqda və min il boyu ! Avropa, Kiçik Asiya və Afrikanın da şimal hissəsini öz ağuşuna alacaq gələcək Roma imperiyasının dövlət idarəçiliyi, hərb, bank, dənizçilik, memarlıq, təhsil və s. sistemlərinin əsaslarını qoymuş ULU TÜRKLƏRİN rolu çox böyükdür. O danıla bilməz !
________________________________
Şəkillərdə: LUCİUS TARQUİNİUS PRİSKUS
......................R. ROM SERVİUS TULİUS
......................TANAQUIL TARQUINI (DƏNƏGÜL TARKVİNİ)
......................LUSİUS TARQUİNİUS SUPERBUS
Prof. Dr. Tariyel Azerturk
TEREF



