Tomris Kiriusun başını Azərbaycan ərazisində kəsib.

8-12-2025, 09:04           
Tomris Kiriusun başını Azərbaycan ərazisində kəsib.
“Tomrislə Kirin ordusunun arasında böyük çay olduğunu Herodot da yazıb. O qeyd edir ki, Kir o çayı keçmək üçün körpülər saldırırdı. Düzdür massagetlər Orta Asiyada da yaşayıb, amma onlar indiki Manqışlaq tərəfdə - Aral gölü ilə Xəzərin arasındakı ərazilərdə yaşayıblar. Xəritəyə baxın: Kirius ora getmək üçün hansı çayı keçməli idi? O yolda yox idi elə bir keçilməli çay. Sayhun, Çayhun, Amudərya, Sırdərya çayları qalır o biri tərəfdə. Bu massagetlər isə bu biri tərəfdə idi. Massagetlər Quzey Azərbaycanda da yaşayırdılar, Dərbənddən Astaraya qədər yayılmışdılar və bəylikləri də var idi. Alban Dövləti yarananda -baxmayaraq ki, onların hər ikisi türk idi- massagetlər Albanlara tabe olmadılar. Kirius Tomrislə döyüşə bilmək üçün 2 böyük çay keçməli idi. Bir Qızılüzəni, bir də Arazı. Herodot yazır ki, o Araz çayını keçdi. Qaynaqda da bu ad var, sadəcə Herodot bu iki çayın hər ikisinə Araz deyir”.
Firudin Ağasıoğlu, azərbaycanlı alim, fəlsəfə doktoru, professor, türkoloq.
Qeyd: Lerik rayonunun Ozobijon- Gunəşli kəndi ilə Noda kəndinin arasında yerləşən yamacda "Kiri kışdə" yəni "Kirin oldürüldüyü yer" adlı ərazi var.
Azərbaycanlıların səhifəsi
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru