Ərdoğan tankerlərə edilən hücumla bağlı xəbərdarlıq edib

2-12-2025, 09:34           
Ərdoğan tankerlərə edilən hücumla bağlı xəbərdarlıq edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə "Kairos" və "Virat" tankerlərinin hücuma məruz qalmasına münasibət bildirib.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, o, bu barədə Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində danışıb.

"Rusiya və Ukrayna arasında müharibə Qara dənizdə naviqasiya təhlükəsizliyini təhdid edəcək səviyyəyə çatıb. Cümə günü iqtisadi zonamızda ticarət gəmilərinin hədəfə alınması narahatedici eskalasiyadan xəbər verir. Biz öz zonamızda naviqasiyanın təhlükəsizliyini, həyatı və ətraf mühiti təhdid edən bu hücumları qəbul edə bilmərik. Bu kimi hallarla bağlı bütün tərəflərə lazımi xəbərdarlıqları edirik. Biz də müharibənin dayandırılmasına yönəlmiş son hadisələri diqqətlə izləyirik və hər fürsətdə lazımi töhfə verməyə hazır olduğumuzu ifadə etmişik", - o bildirib.

Xatırladaq ki, hər iki tanker noyabrın 29-da Qara dənizdə zədə alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru