Psixiatr həyat yoldaşını və 1 yaşlı oğlunu belə öldürdü...
2-12-2025, 12:48

Xoşbəxtlik fotolarının bəzən aldadıcı olması bu hekayətin təfərrüatlarından bəlli olur...
Psixiatr Serdar Kıyak həyat yoldaşı Gülşah və 1 yaşlı oğlu Poyrazı “balıq restoranına aparıram, yolda gözəl mənzərələr göstərəcəm” deyərək evdən çıxarıb. Daha sonra avtomobil çaya düşüb və ana ilə uşaq həyatını itirib. Hadisədən yalnız Serdar Kıyak salamat çıxıb.
Kıyak “çaydan üzərək çıxdım” desə də, üzərinin quru olması, telefon və cüzdanının yanında olması onun əvvəlcədən maşından düşüb avtomobili suya itələdiyi şübhələrini gücləndirib. Şahidlər də onun suya girmədiyini və kənarda gözlədiyini bildiriblər. Həkimin 112-yə zəng etmədiyi də müəyyən edilib.
Evdə aparılan axtarışda Gülşahın gündəliyi tapılıb. O, ərinin bir yaşlı oğlunu qəbul etmədiyini, onun özünü isə hədələdiyini və psixiatr həmkarı olan bir xanımla mesajlaşdığını gördüyünü yazıb. Serdar Kıyakın iki ildir psixoloji müalicə aldığı da məlum olub.
Həyat yoldaşını və övladını qəsdən öldürmək ittihamı ilə həbs edilən psixiatr, saxlandığı yerdə özünü asaraq intihar edib.
Bu ağrılı hekayətdən isə yalnız bu foto qalıb: "sevgi dolu" psixiatr və xoşbəxt ailəsi...
Gunel Natiq
TEREF

