Partlayan tankerin sahibi Rusiya ilə əlaqəsini kəsdi

3-12-2025, 11:37           
Partlayan tankerin sahibi Rusiya ilə əlaqəsini kəsdi
Afrika yaxınlığında partlayan tankerin sahibi olan Türkiyə şirkəti Rusiya ilə əməkdaşlıq etməkdən imtina edib.

Yenicag.az xəbər verir ki, Türkiyənin ən böyük tanker sahiblərindən biri olan “Beşiktaş Gəmiçiliyi”nin nümayəndələri artıq Rusiya ilə əlaqəli reyslər həyata keçirməyəcəklərini açıqlayıblar.

“Fəaliyyətimiz boyunca bütün beynəlxalq sanksiya rejimlərinə ciddi şəkildə riayət etmişik, G7/AB qiymət limiti mexanizminə və bütün müvafiq ticarət məhdudiyyətlərinə tam əməl etmişik. Lakin, regionda təhlükəsizlik vəziyyəti xeyli pisləşib. Hərtərəfli qiymətləndirmədən sonra gəmilərimiz və heyətimiz üçün risklərin qəbuledilməz hala gəldiyi qənaətinə gəldik”, – deyə məlumatda deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru