Səfəvi şahzadələri Moğol sarayında: Rüstəm mirzə Səfəvi haranın hakimi idi?

16-12-2025, 16:04           
Səfəvi şahzadələri Moğol sarayında: Rüstəm mirzə Səfəvi haranın hakimi idi?
1578-ci ildə Məhəmməd şah Xüdabəndə tərəfindən Zəmindəvar hakimi təyin olunmuşdu. Lakin yerli hakimiyyət uğrunda mübarizədə məğlubiyyətə uğrayıb Zəmindəvarı da itirdikdən sonra, o, qardaşı Səncər mirzə və oğulları ilə birlikdə 1594-cü ildə Moğol hökmdarı Əkbər şaha tabe oldu.
1593–1595-ci illərdə Multan hakimi daha sonralar isə Patan hakimi olmuşdur. Sultan Cahangir dövründə, 1612-ci ildə Tatha və daha sonralar Allahabad hakimi olmuşdur. 1626-cı ildə Bihar hakimi təyin edilmiş, lakin çox qısa bir müddət sonra təqaüdə buraxılmışdı. 1641-ci ildə, 72-ci yaşında Aqrada vəfat etmişdir.
Fədai təxəllüsü ilə şeirlər yazmışdır.
Milli Kimlik
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]