ETRUSK VAZASINDA VƏHŞİLİYİN HEÇ BİR HƏDDƏ SIĞMAYAN SƏHNƏSİ

17-12-2025, 11:54           
ETRUSK VAZASINDA VƏHŞİLİYİN HEÇ BİR HƏDDƏ SIĞMAYAN SƏHNƏSİ
Aşağıdakı vaza Etrusk Türkünün əl işidir.
Onu Feysbukda təqdim edən Paris muzeyi Etrusklar barədə aşağıdakı fikirdədir:
"Bu sivilizasiyanın yaratdığı sənət inanılmaz dərəcədə zəngindir. Etrusklar bacarıqlı sənətkarlar idilər. Tarkvinidə (Etruriyanın paytaxtı olub, İtaliyada liman şəhəridir - T.A.) aşkar edilən məzarlarda freska rəssamları, vaza rəssamları və həm bürünc, həm də terrakotadan şah əsərlər yaradan heykəltəraşlar da daxil olmaqla, böyük sənətkarlar yetişdirmişlər. Onlar həmçinin əla zərgərlər və bacarıqlı metal ustaları idilər. Onların əsərlərinə Florensiya, Vatikan və Volterra kimi böyük İtaliya muzeylərində baxmaq olar".
Bu sətirbaşı Etruskların xarüqüladə bacarıqlarına aid deyiləsi olan tərifin mində biri dəyil heç.
Amma eramızın əvvəllərinə doğru (iki min il öncə) güclənən Roma Orta İtaliyada (Etruriyada - indiki Florensiya vilayəti - T.A.) bəşəri sivilizasiya yaratmış, Romanın bir şəhər-dövlət kimi özülün və imperiyanın siyasi əsasını qoymuş müdrik Türklə necə rəftar etdi?
Etruskların Türk mənşəli olduğunu ilk dəfə dilə gətirən və bu sahədəki kitabları ilə məşhur olan Atatürk Türkiyəsini İtaliyada səfir kimi təmsil etmiş ADİLƏ AYDA`nı oxuduqca etruskların başına açılan bəlalardan heyrət azdır, adam dəhşətə gəlir.
Onlardan - u dəhşətlərdən birini dünən Paris muzeyinin internetdə təqdim etdiyi bu vaza üstündəki şəkil nümayiş etdirir. Əsir düşmüş ETRUSKUN köksünə xəncəri əllə deyil, gopunla çalan iki roma qafiyəli cəlladın başı üstündəki söz də dəhşətin dərəcəsini daha da artırır:
SAFİA - şübhəsiz bizim SAFA - yəni SƏFA* sözümüzdür.
SƏFA - ZÖVQ, NƏŞƏ, KEF, LƏZZƏT, HƏZZ (almaq) anlamları verir bizdə, bilirsiz. Feillərlə birgə Səfa görmək, Səfa sürmək, Səfa çəkmək, Səfa vermək kimi beş və daha çoxtilli mənaları var.
Elə Etrusk da onu vazaya bu anlamlarda cızıb.
Deyəsən əsil sənət əsəri olan vazanın sağ qulpunun üstündə də yazı var. Onu sezmək olur, oxumaq yox. Və inanıram ki, SƏFA yeganə söz deyil və yəqin ki, vazanın çevrəsi boyu 3-4 söz olmalıdır.
Ancaq elə bu cür dəhşətdən ləzzət, həzz alan insan doğulmamışların özgəsinə verdikləri əzabdan üzlərində (xüsusilə qılıncı tutub əmr verənin) doğmuş nəşə də rəssamın baçarığı sayəsində min illəri aşıb gəlib...
Avropa başbilənləri vazadakı hadisəni belə yozurlar, yenə də Etrusk mədəniyyətindən yunanlara əlavə xal qazandırırlar:
"This vase is commonly claimed to represent the Greek hero Achilles killing a Trojan prisoner. "
Yəni, "Vazanın üzərindəki şəklin adətən yunan qəhrəmanı Axillesin Troya əsirini öldürməsini təmsil etdiyi iddia olunur."
Ancaq, bu cür şərhin vazada həkk edilmiş bu cür ağır hadisəyə və yazıya heç bir dəxli yoxdur !
__________________________
* SƏFA - Türkiyə də, Azərbaycan lüğətləri də bu sözü ərəbdən aldığımızı fəxrlə nişanlayırlar.
Tariyel Azerturk
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]