Türk Dünyası "Boz Qurd" üçün İstanbulda bir araya gəldi - FOTOLAR

11-12-2025, 08:18           
Türk Dünyası "Boz Qurd" üçün İstanbulda bir araya gəldi - FOTOLAR
Simpoziumda Azərbaycan alimləri də iştirak edir

Bu gün İstanbulda Türk Ocaqları Mərkəzi Qərargahı və İlteriş Vəqfi ilə əməkdaşlıq çərçivəsində təşkil edilən "Türk Dünyasında Boz Qurd 1-ci Beynəlxalq Simpoziumu"nun açılışı və ilk panel içlasları keçirilib. Sherg.az xəbər verir ki, cox aydınların, elm- bilim insanlarının, qeyri hökümət təşkilatlarının qatıldığı iki gün davam edəçək simpoziuma rəsmi şəxslər, siyasi partiya nümayəndələri də qatılıb .

Türk dünyasının ortaq dəyəri və milli simvolu olan "Boz Qurd" mövzusuna dair simpoziumda türk dünyasını əhatə edən 51 alim "Boz Qurd"un tarixi, mifoloji, etnoqrafik, bədii və sosioloji aspektlərini müzakirə etmək üçün bir araya gələcəklər. Simpoziumun məqsədi "Boz Qurd" simvolunun türk mədəniyyətindəki yerini dərindən araşdırmaqdır.

Açılış nitqi ilə qonaqları salamlayan və simpoziumun məqsədi barədə danışan İlteriş Vəqfi başqanı Kaptan Mustafa Can deyib ki, bu Simpozium qayəsi "Boz Qurd" simvolunu sadəcə bir fiqur olaraq deyil, türk dünyasının tarixi, mədəniyyəti və mifolodiyasında ortaq miras kimi təqdim etməkdir. Kaptan Mustafa Can bildirib ki , Türk Dünyasının əksər coğrafiyasından simpoziuma qatılan alimlərin , bilgələrin əsas vəzifələri "Boz Qurd"u bütün tərəfləri ilə araşdırmaqdır. Türk dünyasından fərqli alimlərin bir araya gəlməsi bu simvolun hansı tarixi mərhələlərdən keçdiyini anlamaq baxımından çox ciddi fürsətdir.


Türk Ocaqları başqan yardımçısı professor Ayişə Filiz çıxışında 1912 - ci ildən bu gününüzədək Biz Qurd simvolunu, milli dəyərləri, türk törəsini, Türk Dünyası Birliyi ideyasını şərəflə daşıyan Türk Ocaqları çağdaş zamana uyğun bu dəyərləri qoruyur, təbliğ edir və gənclərə ötürür.

İLTERİŞ vəqfi və Türk Ocaqları tərəfindən simpoziumun təşkilatçılarına xatirə hədiyyələri təqdim ediblər.

Sonra panellərdə müzakirələr başlayıb.

Türk dünyasının ortaq dəyəri və milli simvolu olan "Boz Qurd" mövzusuna dair Simpoziumda türk dünyasını əhatə edən 51 alim "Boz Qurd"un tarixi, mifoloji, etnoqrafik, bədii və sosioloji aspektlərini müzakirə etmək üçün bir araya gəlib. Simpoziumun məqsədi "Boz Qurd" simvolunun türk mədəniyyətindəki yerini dərindən araşdırmaqdır.

Qeyd edək ki, Azərbaycandan Simpoziuma 3 alim qatılıb. Bunlar türkoloq alim, professor Firudun Ağasıoğlu, Azərbaycan Türk Ocağı başqanı, dr.Akif Aşırlı, dr.Nərmin Sadəddinli və dr.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]