"Azərbaycanlılar təkcə oğuz türklərindən ibarət deyil, biz əsasən oğuz-qıpçaq-sak(skif) türkləriyik."

13-12-2025, 11:34           
"Azərbaycanlılar təkcə oğuz türklərindən ibarət deyil, biz əsasən oğuz-qıpçaq-sak(skif) türkləriyik."
"Azərbaycanlılar təkcə oğuz türklərindən ibarət deyil, biz əsasən oğuz-qıpçaq-sak(skif) türkləriyik. Kitabi-Dədə-Qorqud dastanı da yarıbayarı türk dilinin oğuz-qıpçaq ləhcəsində yazılıb. Xalqımız bilsin ki, bizim qıpçaq kökümüz qədim Alban dövlətimizdən (Qafqaz Albaniyasından) gəlir və qıpçaqlar bu yerlərin çox qədim əhalisidir. Oğuz türkləri növbəti mərhələdə bura gələnə qədər burada onsuz da oğuzlar yaşayırdı və əvvəldən burada yaşayan bizlər Xristian dinində, ondan əvvəl isə Şamanizm, Tenqriçilik dinində olmuşuq".
Güllü Yoloğlu, tarix üzrə fəlsəfə doktoru, AMEA-nın şöbə müdiri, Dünya Türkologiya Mərkəzinin Sədri, türkoloq (Mənbə: Baku tv youtube kanalı).
"Qıpçaq türkləri Kumuldan (Çindən) Adriatik dənizinə qədər yayılmış türklərin içində həm üz tipi, həm xarakteri, həm dili, həm də adətləri baxımından öz qədim keçmişinə sadiq qalan ən qədim türk tayfalarıdır. Onlar inanılmaz dərəcədə cəld və çevikdirlər. Yastı gözlü, nəzərəçarpan almacıqlı üz quruluşu olan qıpçaqlar cəsarət baxımından Asiyanın bütün xalqlarını geridə qoyublar və bir vaxtlar bütün Asiyanı alt-üst edən böyük bir ordunun içindən gələn adamları təmsil edirlər".
Armin Vamberi, yəhudi mənşəli Macar türkoloq, şərqşünas, səyyah, tədqiqatçı (Mənbə : "Türk irqi" kitabı).
"Bizim ən qüdrətli dövlətlərimizdən biri də Saka (İşquz) Dövləti olub (e.ə VII-V əsrlər). Amma heç kim bu barədə danışmaq istəmir, halbuki Herodot yazırdı ki, bu dövlət o dərəcədə qüdrətli idi ki, bütün Asiya dövlətlərindən vergi alırdı. "Kitabi-Dədə-Qorqud" dastanında belə yazılır ki, Dış Oğuzlularla İç Oğuzlular birləşib qalın (böyük) Oğuz Elini (Dövlətini) qurdular. Bu dövlət həmin dövlətdir. İşquz çarlığının ərazisi Güney Qafqazdan Urmiyə gölünə qədər uzanırdı".
Firudin Cəlilsoy, azərbaycanlı alim, türkoloq (Mənbə: Günaz tv youtube).
"Türklər (skiflər) həm daxilən, həm də savaşda zəhmli, bədəncə fövqəladə möhkəmdir, onlar məğlubiyyət hissi yaşadan heç nəyi qəbul etmirlər, qalib gələndə isə şöhrətdən savayı heç nə ummurlar. Skiflər 3 dəfə Asiya üzərində hökmranlığa nail olmuşdular. Onlar Fars çarı Dariusu rüsvayçı şəkildə Skifyadan qovmuş, Kiri bütün qoşunu ilə birlikdə öldürmüş, ordu başçısı Zorizonu əsgərləriylə birlikdə darmadağın etmişdilər. Bütün dünyanı romalılarla öz aralarında ikiyə bölən və Şərq üzərində hökmranlıq edən Parfiyalılar da skiflərin törəmələridir. Bu onların dilindəki sözlərdən də məlumdur ".
Pompey Trog, Qədim Roma tarixçisi. I, II və III kitab.
"Azərbaycan ərazisində yerli türk etnoslar olan madaylar, kaslar, kaspilər, alban-qıpçaqlar artıq bizim eradan əvvəl I minillikdə burada məskunlaşmışdılar. Göründüyü kimi, xalqımızın təşəkkülündə iştirak edən etnosların etnik mənsubiyyəti məlumdur. XI əsrdə Səlcuqlarla bura gələn oğuzlar isə Azərbaycan ərazisində sadəcə əvvəldən yaşayan oğuz türklərinin sayını çoxaldıblar. Oğuzlar bura gəlməmişdən əvvəl burada Azərbaycan xalqı və onun danışdığı türk dili artıq mövcud idi".
Tarix elmləri doktoru, professor Qiyasəddin Qeybullayevin "Azərbaycan türklərinin təşəkkülü tarixi" kitabından.
Qeyd: Saklar da Azərbaycan xalqının etnogenezində rol oynayan əsas türk etnoslarından biridir. Ərsak, Saktala, Saki (Şəki), Balasakan, Sakatlı, Sisakan, Naxçıvanda Sakarabad, Güney Azərbaycanda Sakan, Sakani, Sakene, Şaqali, Şakabad və s . toponimlər sak türklərinin adı ilə bağlıdır.
Azərbaycanlıların səhifəsi
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]