Hindistanda Ağqoyunlu hakimiyyəti - Adilşahlar

14-12-2025, 00:08           
Hindistanda Ağqoyunlu hakimiyyəti - Adilşahlar
Keçən paylaşımda Hindistanda Qaraqoyunlu sülaləsinin yaratdığı Qolkonda Sultanlğından danışdışdım. Bu dəfə isə Ağqoyunluların Hindistanın cənub-qərbində qurduğu Bucapur sultanlığından danışacam.
XV əsrin sonlarında Qaraqoyunlu xanədanının bəzi ailələri kimi Ağqoyunlu (Bayandur) ailələrindən də Hindistana köçüb yerləşənlər vardı. Onlar 1490-cı ildə yarımadanın cənub-qərbində, mərkəzi Bicapur olan Adilşahlar dövlətini yaratdılar. Digər adı Bicapur Sultanlığı olan bu dövlətin əsasını Bayandur soyuna mənsub Yusif Adil şah qoymuşdur. O, Bəhməni sultanlığının Bicapurdakı valisi olmuş, sultanlığın zəiflədiyi dövrdə öz dövlətini qurmuşdu. Bicapur sultanlığı Hindistanın Deqqan bölgəsində ortaya çıxan bir neçə xanədan dövlətdən biri idi. Onlara ümumi adla Deqqan Sultanlıqları deyilirdi. Dövlətin rəsmi məzhəbi şiə islam (cəfərilik) idi. Bu dövlətin varlığına 1686-cı ildə digər türk dövləti olan Baburlar son qoydu.
Елбрус Вахидов
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]