Nadir şah Əfşar və özbəklər...
15-12-2025, 00:05

Bi rəvayətə görə:
Nadir cavanlıqda Özbəklər tərəfindən əsir aparılıb, Xarəzmdə bir kişiyə satıldı. O kişi də Nadiri qoyun otarmağa göndərirdi. O, Nadiri uzun müddət müşahidə edib hərəkət və rəftarında şücaət və böyüklük hiss etdi. Bir gün yuxuda Nadirin İran şahı olduğunu, Özbəkləri vurub dağıtdığını gördü. Nadirin yanına gəlib dedi: "Əgər səni azad etsəm, mənə nə verərsən?" Nadir dedi: "Nə istəsən"
Kişi dedi: "Bunun üçün nə sənəd verirsən?" Nadir axtarıb bir sümük-qoyun kürəyi tapdı, iti daşla cızıb kişiyə verdi. Kişi də onu azad edib yola saldı.
Nadir Şah olandan sonra Hindistandan qayıdıb Özbəkləri əzişdirmək üçün Buxara və Xarəzmə hərəkət etdi. Xarəzmə gəldi, bu zaman köhnə ağası ölmüşdü. O, hadisəni oğlanlarına danışmışdı. Demişdi ki, belə bi şəxs Xarəzmə gəlsə, ona bu sümüyü göstərin, xilas olarsınız. Nadir Xarəzmə gələndə atanın vəsiyyəti oğlanların yadına düşdü. Sümüyü ağacın başına bağlayıb irəli gəldilər, camaat da onların dalınca Nadirin hüzuruna gəldilər. Sümüyü göstərdilər. Hərşey Nadirin yadına düşdü. Əsirləri azad etdi.
Məhəmməd Hüseyn Qüddusi- Nadir-namə
Nurşən Nura Ordubadi
TEREF

