Ərdoğan Rusiya və Ukraynaya xəbərdarlıq etdi

17-12-2025, 08:24           
Ərdoğan Rusiya və Ukraynaya xəbərdarlıq etdi
Ankara həm Rusiyanı, həm də Ukraynanı Qara dənizdə gəmiçiliyi təhdid edə biləcək hərəkətlərə qarşı xəbərdar edir.
TEREF xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 16-cı Səfirlər Konfransında çıxışı zamaanı deyib.

“Son hadisələr Qara dənizdə dəniz gəmiçiliyi üçün ciddi təhlükə yaradır. Ticarət və mülki gəmilərə qarşı hücumlar heç kimin xeyrinə deyil. Biz bu məsələ ilə bağlı hər iki tərəfə açıq xəbərdarlıqlar çatdırmışıq”, – deyə Ərdoğan bildirib.

Xatırladaq ki, 15 dekabr axşamı Türkiyə Milli Müdafiə Nazirliyi Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 qırıcı təyyarələrinin Qara dənizdən ölkənin hava məkanına yaxınlaşan pilotsuz təyyarəni vurduğunu açıqlayıb. Müdafiə Nazirliyinin məlumatına görə, pilotsuz təyyarə idarəetməni itirib. Türkiyə qüvvələri təhlükəsizlik səbəbi ilə onu məhv edib.//publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]