“Fənərbağça” prezidentinin intim yazışmaları - FOTOLAR 

23-12-2025, 15:02           
“Fənərbağça” prezidentinin intim yazışmaları  - FOTOLAR 
“Fənərbağça”nın prezidenti Sadettin Saranın “Habertürk”ün sabiq aparıcısı Ela Rümeysa Cebeci ilə mesajları yayılıb.

SAVASHMEDİA.az xəbər verir ki, mesajlarda Saranın Cebecini doğum günü münasibətilə təbrik etdiyi görünür. 

Həmin mesajlaşmanı təqdim edirik:

Qeyd edək ki, “Habertürk”ün sabiq baş redaktoru, jurnalist Mehmet Akif Ersoy və aparıcı Ela Rümeysa Cebeci İstanbul Baş Prokurorluğunun apardığı narkotik vasitələrlə istintaq çərçivəsində saxlanılıb.

İddialara görə, Ersoy Cebecini və kanalın bir neçə başqa qadın aparıcısını iş adamları və bürokratlarla görüşdürüb. Narkotik və qrup seks gecələri təşkil edib. Ersoyun təklifini qəbul etməyən aparıcılar kanaldan qovulub. Yuxarıdakı mesajlaşma isə istintaq çərçivəsində aparıcı Ela Rümeysa Cebecinin telefonundan götürülüb.

Fotoda Ela Rümeysa Cebeci

Xatırladaq ki, 19 dekabrda polis narkotik vasitələrlə bağlı aparılan istintaq çərçivəsində Sadettin Saranın evində axtarışlara başlayıb. Lakin heç bir narkotik vasitə aşkarlanmayıb. 

Qış transfer pəncərəsi ilə bağlı İtaliyada səfərdə olan Saran ifadə vermək üçün Baş Prokurorluğa çağırılıb. O, gecə saatlarında Türkiyəyə qayıdıb. İfadə verdikdən sonra Məhkəmə Tibbi Ekspertizası İnstitutuna göndərilib. 

Orada klub prezidentindən narkotik maddə istifadə edib-etmədiyini müəyyən etmək məqsədilə qan və saç nümunələri götürülüb. Bundan sonra S.Saran ölkədən çıxış qadağası və məhkəmə nəzarəti tətbiq olunmaqla azadlığa buraxılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]