İstanbul aeroportlarında 78 uçuş ləğv olunub 12-01-2026, 12:44 İstanbulda yanvarın 12-nə gözlənilən qeyri-sabit hava şəraitinə görə 78 uçuş ləğv edilib."Report" xəbər verir ki, bu barədə Türk Hava Yolları (THY) və "AJet" şirkətlərinin yaydığı açıqlamada qeyd olunub.Aviaşirkətlərdən bildirilib ki, ləğv olunan uçuşların 54-ü İstanbul Hava Limanına (THY), 24-ü isə Sabiha Gökçen Hava Limanına ("AJet") aiddir.Xatırladaq ki, İstanbulda qeyri-sabit hava şəraiti səbəbindən məktəblərdə yanvarın 12-si tətil elan edilib. Facebook-da paylaş