Mahsun Kırmızıgülün İranla bağlı paylaşımı tənqid olundu

14-01-2026, 11:14           
Mahsun Kırmızıgülün İranla bağlı paylaşımı tənqid olundu
İranda həftələrdir hökumət əleyhinə etirazlar davam edərkən tanınmış müğənni Mahsun Kırmızıgül bu barədə sosial media hesabında paylaşım edib.

Tribuna.az xəbər verir ki, Kırmızıgül paylaşımdan sonra aldığı tənqidlərə sərt cavab verib. Məşhur müğənni ona böhtan atanlara qarşı qanuni tədbirlər görəcəyini açıqlayıb.

Kırmızıgül paylaşımında bildirib ki, “Mən İran xalqını sevirəm. Onların qorxu, zülm və yoxsulluqla mübarizə aparmadan həyatları ilə bağlı öz qərarlarını verə biləcəkləri bir ölkədə yaşamalarını istəyirəm. Şəriət qanunlarına əsaslanaraq və Allahın adından istifadə edərək insanlara zülm etmək düzgün deyil. Allahın adı ilə cəzalandırmaq insan həddini aşmaq deməkdir”.

Kırmızıgülün açıqlaması reaksiyalara və tənqidlərə səbəb olub.

Xatırladaq ki, İranda hökumət əleyhinə etirazlar davam edir və ölkə daxilində nümayişlər keçirilir. Etirazçılar Tehran, İsfahan, Məşhəd və Şiraz da daxil olmaqla bir çox şəhərdə küçələrə axışıblar, İran hökuməti isə rejim tərəfdarlarını nümayişlərə qoşulmağa çağırıb. Müxtəlif şəhərlərdə keçirilən əks-nümayişlərdə minlərlə hökumət tərəfdarı iranlı iştirak edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]