İran hakimiyyəti ilk dəfə olaraq etirazlarda ölənlərin sayının təxminən 2000 olduğunu etiraf etdi
14-01-2026, 09:28
İran rəsmisi Reuters agentliyinə bildirib ki, İranda iki həftədir davam edən ölkə miqyaslı etirazlar zamanı təhlükəsizlik qüvvələri də daxil olmaqla təxminən 2000 nəfər həlak olub. O, etirazçıların və təhlükəsizlik qüvvələrinin ölümündə "terrorçu" adlandırdığı şəxsləri günahlandırıb. Bu, hakimiyyət orqanlarının kütləvi etirazların yatırılması zamanı bu qədər yüksək ölüm sayını rəsmi olaraq qəbul etdiyi ilk dəfədir. İran hökuməti özü etiraf etsə də Azərbaycandakı iranpərəstlər bunu yalan adlandırır. Джавид Дамирли TEREF