Qacar dövlətindəki Osmanlı səfirliyi tərcüməçilərə ehtiyac olmadığı üçün geri göndərdi. Səbəb nə idi?

Dünən, 09:54           
Qacar dövlətindəki Osmanlı səfirliyi tərcüməçilərə ehtiyac olmadığı üçün geri göndərdi. Səbəb nə idi?
1811-ci ilə aid bu Osmanlı sənədi çox mühüm bir tarixi həqiqəti açıq şəkildə ortaya qoyur: Osmanlıya burada tərcüməçilərə ehtiyac yox idi, çünki əhalinin böyük əksəriyyəti türk dilini bilirdi. Hətta bölgədə olan ingilis diplomatları belə türk dillərində danışmağa alışmışdılar.
"Hazırda İran [Qacar dövləti-red.] səfiri Yasincizadə əs-Seyyid Əbdülvəhhəb Əfəndinin yanında xidmətə təyin edilmiş fars tərcüməçisi Osman Əfəndi və digər tərcüməçi qulluqçular, həmin bölgənin əhalisi ilə uyğunlaşa bilmədiklərinə görə, həmçinin İran əhalisinin hamısının türk dilinə bələd olması və orada olan ingilislərin də fars və türk dillərində danışmağa vərdiş etmələri səbəbindən tərcüməçiyə ehtiyac qalmadığını bildiririk."
Bu fakt Qacarlar dövründə guya “farslaşdırma siyasəti” aparıldığı iddialarına növbəti tarixi cavabdır. Əgər sistemli farslaşdırma olsaydı, türkcənin bu qədər geniş istifadə olunduğu və ümumi ünsiyyət dili olduğu açıq şəkildə qeyd edilməzdi.
İstinad: "Arşiv belgelerinde Osmanlı-İran ilişkileri", 2010
Milli Kimlik












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]