İncirlik bazasına hücum olub? - Müdafiə Nazirliyindən AÇIQLAMA
21-03-2026, 00:04
Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) mənbələri sosial mediada İncirlik hava bazasında raket hücumu edilməsi ilə bağlı iddialarına münasibət bildirib.
Bu barədə TRT məlumat yayıb.
“Sosial mediada İncirlik Hava Bazasında siren səslərinin eşidildiyi ilə bağlı paylaşımlar yayılıb. Heç bir hücum və ya mənfi vəziyyət yoxdur. Bu, yalan həyəcan siqnalı kimi qiymətləndirilir”, - məlumatda qeyd edilib.
Vətəndaşları narahat edən siren səslərinin qazma nəticəsində yarandığı aydın olub.