SULTAN ƏBDÜLHAMİD XANIN YANINA YERLƏŞDİRİLMİŞ İNGİLİS CASUSU
28-03-2026, 09:14
Zəkası ilə tanınan Sultan Əbdülhəmid xanın yanına ingilislər ən yaxın silahdaşlarından birini casus kimi yerləşdirməyi bacarmışdılar. Bu casus on il ərzində heç bir problem olmadan ingiulislərə məlumat ötürmüşdü. İngilislər Əbdülhəmid xanın gücünü çox şişirdilmiş hesab edirdilər, ta ki casus ölənə və onun gizli şkafını tapana qədər. İçəridə Əbdülhəmid xanın möhürünü və bəzi sənədləri tapdıqda, şoka düşüblər. Məlum olub ki, Əbdülhəmid xanın yanında casus kimi yerləşdirdikləri adam əslində ingilislərin deyil, Əbdülhəmid xanın özünün casusu imiş. Və on il ərzində ingilislərə daim yalan və yanlış məlumatlar veribmiş. Buna görə də ingilislər həmişə Əbdülhəmid xanı sakit və səssiz hesab ediblər. Bu hadisədən sonra ingilislər başa düşdüblər ki, bu adam sadəcə bir sultan deyil. Bu adam və onun arxasındakı güc daha böyükdür. Bəli türkün əcdadları ordunu daha ağıllı siyasətlə idarə edən güclü sərkərdələr olublar. Esmira ŞÜKÜROVA TEREF