”Midiyalılar və türklər”

Bu gün, 10:53           
”Midiyalılar və türklər”
"Azərbaycanda yaşamış Midiyalılar e.ə. 4500-cü illərdə Saklardan ayrılaraq Mata (Mada) adlı öndərlərinin rəhbərliyi altında bir bəylik olaraq tarix səhnəsinə çıxmışdılar. Onlar Həmədan şəhərini paytaxt elan edərək e.ə. 2500-cü illərdə I Dahakunun rəhbərliyi ilə Midiya İmperiyası adlanan imperiya qurublar və uzun, geniş bir coğrafiyada bir çox xalqlara hökmranlıq ediblər. Sonuncu Midiya kralı Astiaqın (Əfrasiyab, Alp Ər Tunqa) qız tərəfdən nəvəsi olan Kirius e.ə. 522-ci ildə bir ixtilal ilə babasını taxtından endirmiş, nəticədə I Daranın fars imperiyası adıyla Əhəməni Dövləti qurmasına qədər bu dövlət davam etmişdir. Dövlətə sonradan Fars imperiyası deyilməsinin səbəbi isə I Kirin babası Kambizin fars olmasıdır. Başda Babilli tarixçi Berosus (e.ə. 3-cü yüzillik) olmaqla bütün qədim tarixçilər, xüsusilə də 19-cu yüzillikdə Persepolis və Assur yazılarını çözən E. Norris, Fr. Lenormant, Sir H.C. Rawlinson, J. Oppert, I. Taylor, N L. Westergaard, F. de Saulcy və M. S. Zaborowski kimi qərbli dilçilər, tarixçilər və antropoloqlar Midiyalıların dil, din və irq olaraq Turani (Saka, Tatar, Türk) olduğunu ortaya qoyublar. Xüsusilə 1950-ci ildən etibarən İran Şahı Məhəmməd Rza Pəhləvinin 17-ə yaxın qərbli oriyentalisti toplayaraq bir İran tarixi yazdırmasıyla təkcə Midiyalılar deyil bügünki İran bölgəsində yaşamış bütün əski qövmlər “iranlı”ya çevrilmişdir. Bu tarixdən etibarən Midiyalıların guya İranlı olması iddiası yayılmağa başlamışdır. Təəssüf ki, bəzi türk tarixçilər də bu səhv baxışı təkrarlamışdır. Halbuki, digər bütün mənbələri kənara qoysaq, təkcə elə tarixin atası adlanan Herodotun yazdıqlarına baxmaq kifayət edir, çünki o da Midiyalılardan bəhs etmiş və Midiyalıların qan və irq olaraq farslardan ayrı olduğunu vurğulamışdır.
Midiya İmperiyası başda farslar olmala Assurları, Babilliləri, Yunanlıları ve Romalıları böyük ölçüdə təsirləndirmişdi".
Prof. Mehmet Bayraktarın ”Midiyalılar və türklər” kitabından.
"Biz türklər Midiya İmperiyasında Qam Atanın, Göytürk dövlətimizin sərkərdəsi Gül Tiginin, Gürşadın, Alp Ər Tonqanın ölümlərinin Türk millətinin tarixində, milli inkişafında yaratdığı boşluğu dərk etsəydik, bir dəfə də oturub onlara ağlayardıq, İmam Hüseynə yox".
Yasəmən Qaraqoyunlu, fəlsəfə doktoru, tarixçi.
Azərbaycanlıların səhifəsi
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru