İranın “kölgə donanması”nın 26 gəmisi ABŞ blokadasını yarıb

Bu gün, 00:13           
İranın “kölgə donanması”nın 26 gəmisi ABŞ blokadasını yarıb
İranın "kölgə donanması”nın ən azı 26 gəmisi ABŞ blokadasını maneəsiz keçib.

Bu barədə "Lloyd's List Intelligence” məlumat yayıb.

Bildirilir ki, ötən həftə blokada şərtləri genişləndirildikdən sonra İranla bağlı 10-dan çox gəmi ABŞ-ın nəzarət xəttini keçə bilib.

Aprelin 13-dən etibarən İran yükləri daşıyan 11 tanker körfəz bölgəsindən çıxıb.

Eyni zamanda, Yunanıstana məxsus yük gəmisi aprelin 15-də İran limanından çıxaraq aprelin 19-da blokada xəttini keçib.

Məlumatda bildirilir ki, ABŞ hərbçiləri 27 gəminin geri qaytarıldığını və İran ticarətinin "tamamilə dayandırıldığını” bəyan etsə də, izləmə məlumatları regionda İranla bağlı "kölgə donanması”na məxsus gəmilərin hərəkətinin davam etdiyini göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru