Qaşqay türkləri: "Biz Uzun Həsən Ağqoyunlunun nəslindənik və Şah İsmayılla qohumuq"
Bu gün, 11:13
P. Oberlinq, "Cənubi İranın Türk Xalqları" adlı kitabında yazır: “1956-cı ildə qaşqay qəbilə konfederasiyası rəsmi olaraq ləğv edildikdə, onun rəhbərləri bütün İranda “Dörd Qardaş” kimi tanınan dörd nəfər idi. Bunlar rütbə sırasına görə Nasir xan (o vaxtkı Elxani), Məlik Mənsur xan, Xosrov xan və Məhəmməd Hüseyn xan idi. Dörd Qardaş bir vaxtlar çox böyük Şahilu qəbiləsinə mənsub idi, lakin onların sayı getdikcə azaldı və bu gün o, yalnız konfederasiya başçılarından və onların böyük ailəsindən ibarətdir. Dörd Qardaş iddia edir ki, onların ailəsi çox qədimdir və onlar öz əcdadları ilə o qədər fəxr edirlər ki, onlar ailəsi son iki əsrdə şöhrət qazanmış bütün şəxsləri, o cümlədən İran Şahı və Qəvam ül-Mülk kimi mühüm şəxsiyyətləri layiq olmadığı mövqeyi tutan adamlar kimi hesab edirlər. Onlar tam əmindirlər ki, Uzun Həsən Ağqoyunlunun bilavasitə nəslindəndirlər və beləliklə, Səfəvilər sülaləsinin banisi Şah İsmayılla qohumluq əlaqələri var. Onların fikrincə, Şahilu adını, şahın ailəsi ilə uzun müddət əlaqədə olduqlarına görə alıblar”. Türkün Səsi 1/7 Milli Kimlik TEREF