Trampdan İrana çağırış: 8 qadınla bağlı tələb

Bu gün, 00:08           
Trampdan İrana çağırış: 8 qadınla bağlı tələb
ABŞ Prezidenti Donald Tramp İran hakimiyyətinə müraciət edərək ölüm cəzasına məhkum edilmiş 8 iranlı qadının azadlığa buraxılmasını istəyib.

Gununsesi.info xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasında paylaşım edərək, məsələnin yaxın günlərdə keçiriləcək diplomatik danışıqlar fonunda mühüm əhəmiyyət daşıdığını bildirib.

Onun sözlərinə görə, belə bir addım tərəflər arasında etimadın bərpasına töhfə verə bilər.

ABŞ lideri İran rəhbərliyinə səslənərək qadınlara qarşı humanist yanaşma nümayiş etdirməyə çağırıb və onların azad edilməsinin beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanacağını qeyd edib.

Tramp həmçinin paylaşımında həmin qadınların fotolarını da yerləşdirib və məsələni “danışıqlar üçün müsbət başlanğıc” kimi qiymətləndirib.

Qeyd olunur ki, bu çağırış ABŞ və İran nümayəndə heyətlərinin İslamabadda gözlənilən görüşləri ərəfəsində edilib. İran tərəfinin məsələyə reaksiyası hələlik açıqlanmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru