Türk təyyarəsi 53 gündən sonra Tehrandan havaya qalxdı
Bu gün, 10:34
Regionda döyüş əməliyyatlarının başlaması səbəbilə Tehranın hava limanında qalan “Pegasus Airlines” aviaşirkətinə məxsus təyyarə 53 gün sonra Türkiyəyə yola düşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə “DHA” agentliyi məlumat yayıb.
Təyyarənin axşam saatlarında İstanbulda olacağı gözlənilir.
Qeyd olunur ki, hava məkanının bağlanması səbəbilə təyyarə fevralın sonundan etibarən Tehranda dayanmaq məcburiyyətində qalıb. Müharibənin əvvəlində ekipaj quru yolu ilə Türkiyəyə uğurla evakuasiya edilib.
Agentliyin məlumatına görə, təyyarənin qayıtması İranın hava məkanında uçuş məhdudiyyətlərinin qismən aradan qaldırılması nəticəsində mümkün olub.