Baxçalı güclü tənqid olunur

13-07-2015, 12:37           
Baxçalı güclü tənqid olunur
Suriyalı türkmən fəal, hüquqşünas Əli Öztürkmən Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) tənqid edib.

Modern.az saytı xəbər verir ki, Əli Öztürkmən bildirib ki, MHP türk millətçiliyini elmi və məntiq qavrayışı çərçivəsində müdafiə etmir.

“MHP klassikdir və yeniliyə qapalıdır. Bir də İslam dininin sünni təriqətində qalır”,-deyə Əli Öztürkmən qeyd edib.
Türkmən fəal vurğulayıb ki, MHP-nin sosial bazası təhsil səviyyəsi aşağı olanlardan ibarətdir. “Buna görə də partiyada yaş və təhsil səviyyəsi çox ziddiyyətlidir. MHP həm dünyanın ən çox yaşlılar olan, həm də təhsil səviyyэsi aşağı olan partiyasıdır. Nə zaman bunun əksi olarsa, MHP onda iqtidar olar”.

Qeyd edək ki, MHP-nin lideri Dövlət Baxçalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]