İran-Türkiyə sərhədində atışma – ölənlər var

4-11-2017, 12:49           
İran-Türkiyə sərhədində atışma – ölənlər var
İranın Qərbi Azərbaycan əyalətində terrorçularla atışmada 8 iranlı sərhədçi həlak olub.

Xezerxeber.az-ın məlumatına görə, sərhədçilərlə terrorçular arasında atışma İran- Türkiyə sərhədində, Çaldıran bölgəsində baş verib.

Rəsmi məlumata görə, atışma zamanı terrorçular ağır itki verib. Silahlıların hansı qruplaşmanın üzvləri olduğu barədə məlumat verilmir.

Qeyd edək ki, aprel ayında İran-Pakistan sərhədində hərbçilər və terrorçular arasında baş verən atışmada 10 iranlı sərhədçi həlak olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru