Maraqlı FAKT: Dünyada satılan hər üç avtomobildən biri Çin istehsalıdır

3-12-2025, 17:18           
Maraqlı FAKT: Dünyada satılan hər üç avtomobildən biri Çin istehsalıdır
Çin Sərnişin Avtomobilləri Assosiasiyası (CPCA) ölkənin qlobal avtomobil bazarındakı payını açıqlayıb.

Oxu.Az auto.ru-ya istinadən xəbər verir ki, bu ilin ilk 10 ayında Çinin dünya avtomobil bazarındakı payı 34.9% təşkil edib. Təkcə oktyabr ayına baxdıqda, Çinin payı ötən ilin eyni ayı ilə müqayisədə 1% artaraq, 38%-i keçib.

Yanvar-oktyabr ayları arasında dünyada 79.25 milyon avtomobil satılıb ki, bu da ötən illə müqayisədə 6% çoxdur. Çində eyni dövrdə 27.65 milyon avtomobil satılıb ki, bu da 12% artım deməkdir. Müqayisə üçün, ilk 10 ayda ABŞ-də 13.88 milyon, Hindistanda 4.56 milyon, Yaponiyada 3.86 milyon və Almaniyada 2.61 milyon avtomobil satılıb.

Dünya üzrə ilk onluqda yer alan üç Çin avtomobil istehsalçısından BYD altıncı, "Geely" səkkizinci, "Chery" isə onuncu yerdə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru