Ən faydalı üzüm növü hansıdır? - Mütəxəssis açıqladı
Bu gün, 11:08
Rusiyalı diyetoloq Sofiya Kovanova üzüm seçərkən nələrə diqqət edilməli olduğunu izah edib.
Oxu.Az xəbər verir ki, bu barədə o, AİF.ru nəşrinə müsahibəsində danışıb.
Mütəxəssis qeyd edib ki, tünd rəngdə olan üzüm sortları ən faydalı hesab edilir.
"Antioksidantlarla ən zəngin olan tünd üzüm sortlarıdır, ardınca qırmızı sortlar, daha sonra isə yaşıl sortlar gəlir. Əzilməmiş üzümlər seçmək lazımdır. Əgər yanındakı budaqda çürümüş və ya kiflənmiş giləmeyvə olsa, həmin üzümü almamaq daha yaxşıdır", - deyə Sofiya Kovanova qeyd edib.
Mütəxəssisin sözlərinə görə, üzümün ən faydalı hissəsi qabığıdır, lakin mədə-bağırsaq traktı həssas olan insanlar onu həzm etməkdə çətinlik çəkə bilərlər.
"Lakin qabığı çıxarılarsa, o zaman üzümün elə bir faydası qalmayacaq və onu yeməmək də olar", - deyə Sofiya Kovanova əlavə edib.