Uzun müddət evdən çıxmamaq orqanizmə zərər vurur – həkimdən xəbərdarlıq
14-02-2026, 09:04
Gəzintilərin olmaması insan sağlamlığına mənfi təsir göstərə bilər.
Tribuna.az xəbər verir ki, Bu barədə “Газета.Ru” nəşrinə açıqlamasında dermatoveneroloq Svetlana Voroşbit danışıb.
Həkimin sözlərinə görə, nadir hallarda gəzintiyə çıxan insanlar daha tez apatiyaya düşür, onlarda halsızlıq və həddindən artıq yorğunluq hissi yarana bilər. Bundan əlavə, evdə uzun müddət qalmaq immun sistemini zəiflədir ki, bu da tez-tez soyuqdəymə riskini artırır.
Voroşbit bildirib ki, fiziki aktivliyin az olması yuxunun keyfiyyətinin pisləşməsinə səbəb olur. Hərəkətsizlik nəticəsində əzələ tonusu azalır, güc və dözümlülük zəifləyir. Zamanla isə orqanizmdə maddələr mübadiləsinin pozulması da baş verə bilər.
Həkim qeyd edib ki, məhz gündəlik gəzinti bir çox xəstəliklərin – o cümlədən piylənmə və şəkərli diabetin yaranma riskini əhəmiyyətli dərəcədə azaldır. Onun sözlərinə görə, piyada gəzmək ürək-damar və tənəffüs sisteminə müsbət təsir göstərir, həzm prosesini stimullaşdırır və ümumilikdə həyat keyfiyyətini və ömrün uzunluğunu artırır.