"Google" istifadəçilərin media fayllarını süni intellekt təlimi üçün istifadə edir

Bu gün, 12:24           
"Google" istifadəçilərin media fayllarını süni intellekt təlimi üçün istifadə edir
"Google" süni intellekt modellərini inkişaf etdirmək məqsədilə istifadəçilərin platformalarında yaratdığı media məzmunlarından istifadə etməyə başlayıb.

Valyuta.az xəbər verir ki, şirkətin məxfilik ayarlarında etdiyi yeniliklər nəticəsində istifadəçilərin yüklədiyi şəkillər, videolar, səs yazıları və digər fayllar süni intellekt modellərinin təlimində istifadə oluna bilər.

Yeni qaydalar təkcə "Google Axtarış" xidməti ilə məhdudlaşmır. "Google Maps", "Shopping", "Flights", "Hotels", "Translate" və "News" kimi xidmətlərdə yaradılan məzmunlar da bu prosesə daxil edilə bilər.

"Google" bildirib ki, toplanan məlumatlar xidmətlərin təkmilləşdirilməsi, süni intellekt modellərinin öyrədilməsi və təhlükəsizlik sistemlərinin inkişafı məqsədilə istifadə olunacaq.

İstifadəçilər isə "Search Services History" bölməsindəki "Save Media" funksiyasını söndürməklə media fayllarının süni intellektin təlimində istifadə edilməsinin qarşısını ala bilərlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru