ABŞ-dən İrana AĞIR ZƏRBƏLƏR: Bir gecədə 80-dən çox hədəf vuruldu - VİDEO

Bu gün, 09:32           
ABŞ-dən İrana AĞIR ZƏRBƏLƏR:
ABŞ hərbçiləri İrana qarşı yeni silsilə zərbələr endirərək 80-dən çox hədəfi vurub.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

CENTCOM-un bəyanatında deyilir: "ABŞ ordusunun Mərkəzi Komandanlığına məxsus qüvvələr İran ərazisində 80-dən çox hədəfi yüksək dəqiqlikli silahlarla vurmaqla İrana qarşı yeni hücumlar silsiləsini həyata keçiriblər".

Komandanlıq bildirib ki, bu addım İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə qarşı son hücumlarına cavab olaraq atılıb.

NBC-nin məlumatına görə, ABŞ-nin İrana yeni zərbələrinin miqyası əvvəlkilərdən daha böyük olub.

Qeyd edilib ki, zərbələr Hərbi Hava Qüvvələrinin təyyarələri və Hərbi Dəniz Qüvvələrinin taktiki aviasiya briqadası tərəfindən həyata keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru