Tramp İran məsələsində yenə yanıldı - ABŞ İran nefti ilə əməliyyatları qadağan etdi
Bu gün, 09:28
ABŞ İran nefti ilə əməliyyatlara icazə üçün verilmiş lisenziyanı geri çağırıb. İyulun 7-dən etibarən yeni müqavilələrin bağlanması qadağandır.
Bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) sənədində bildirilir.
Qeyd olunur ki, köhnə müqavilələr üzrə əməliyyatlar iyulun 17-nə qədər başa çatdırıla bilər.
Sözügedən lisenziya iyunun 22-də verilmişdi və İran nefti, neft məhsulları, həmçinin neft-kimya məhsullarının istehsalı, satışı, çatdırılması və boşaldılması əməliyyatlarına şamil olunurdu. İlkin şərtlərə görə, sənədin qüvvədə olma müddəti avqustun 21-nə qədər davam etməli idi.
İran neftinin ixracına icazə verilməsi ABŞ və İran arasında münaqişənin nizamlanmasına dair imzalanmış memorandumun bəndlərindən biri olub. Lakin iyulun 7-də Hörmüz boğazında Qətər və Səudiyyə Ərəbistanına məxsus iki tanker hücuma məruz qalıb. Hər iki ölkə hücuma görə məsuliyyəti İranın üzərinə qoyub.