İran ABŞ-nin iki ölkədəki 85 hərbi obyektinə zərbələr endirdi
Bu gün, 09:42
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz və Hava-Kosmik Qüvvələri ABŞ-nin İran ərazisinə etdiyi hücumlara cavab olaraq Bəhreyn və Küveytdə yerləşən 85 ABŞ hərbi obyektini hədəfə alıb.
Bu barədə SEPAH-ın yaydığı rəsmi bəyanatında bildirilib.
"Bu təcavüzə ilkin cavab addımı kimi, SEPAH-ın dəniz və hava-kosmik qüvvələri raket və pilotsuz uçuş aparatlarının tətbiqi ilə həyata keçirilən birgə əməliyyat zamanı Bəhreynin Salman limanında, ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının ərazisində və Küveytdəki "Əli əs-Saləm" aviabazasında ABŞ-yə məxsus 85 mühüm hərbi obyektə zərbələr endirib", - deyə açıqlamada qeyd olunub.